Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Münhen Təhlükəsizlik Konfransında QALMAQAL: Vens Şoltsu alçaltdı
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransında Almaniya Kansleri Olaf Şoltsla görüşməkdən imtina etməsi ciddi diplomatik qalmaqala səbəb olub.
Oxu.Az "Politico" nəşrinə istinadən xəbər verir ki, C.D.Vensin bu addımı Ukrayna ilə potensial sülh razılaşması fonunda Almaniya kanslerinə qarşı "ciddi diplomatik məzəmmət" kimi qiymətləndirilir.
O.Şoltsun ev sahibi ölkənin lideri olduğunu nəzərə alsaq, ABŞ-nin vitse-prezidentinin onunla görüşdən imtina etməsi qəribə hadisə kimi yadda qalıb.
Adının açıqlanmasını istəməyən keçmiş amerikalı məmur "Politico"ya bildirib ki, C.D.Vens Münhendə O.Şolts ilə görüşməyi əvvəlcədən planlaşdırmayıb.
"Olaf Şolts" teqi üzrə xəbərlər
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniyada yeni hakimiyyət - Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq
- Braziliya prezidenti: "Rusiyalıların öldürülməsi üçün silah satmaq fikrində deyiləm"
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- Ukraynadan sonra suya düşən planlar: Qərbin baş tutmayan "inqilab ssenarisi"