Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Panafrikan siyasətçi: "Xalqın öz müqəddəratını təyin etməsi üçün öz tarixini bilməsi çox vacibdir"
"Bizim apardığımız mübarizənin beş məqsədi var. Birincisi - siyasi və tarixi şüuru oyatmaqdır. Çünki bir xalqın öz müqəddəratını təyin etməsi üçün öz tarixini bilməsi çox vacibdir".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda keçirilən beynəlxalq konfransda panafrikan siyasətçi, "Ka Ubuntu" hərəkatının sədri Romen Katambara deyib.
Onun sözlərinə görə, hərəkatın digər məqsədi Reyunyon adasının müstəqilliyinə nail olmaqdır:
"Digər tərəfdən, biz Afrika uğrunda mübarizə aparırıq. Biz əzab çəkmiş ölkələrlə birlikdə toplanmalıyıq ki, imperializmə qarşı birlikdə mübarizə aparaq".

Mərahim Nəsib
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- KİV: Reyunyon adasındakı vəziyyət Parisin dənizaşırı ərazilərdəki qəddarlığının nümunəsidir
- Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib
- BTQ-nin icraçı direktoru: "Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik"
- "Ka Ubuntu" hərəkatının sədri: "Bizim ölkəyə gətirilən məhsullar Fransaya nisbətən 35 faiz bahadır"
- Romen Katambara: "İnsan haqlarından danışan Fransa insanlara hörmət etmir"