Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
"Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda münaqişə başlayandan sonra dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib".
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress"ə müsahibəsində bildirib.
"Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır", - o bildirib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan türkiyəli jurnalistlərə ilk müsahibəsini verdi
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü
- Paşinyan Aİ-nin baş katibi ilə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib
- Paşinyan keçmiş prezidentləri "yarımcan" adlandırdı
- Rusiya və ABŞ-dən əli üzülən Ermənistan: Paşinyan Azərbaycanın şərtlərini qəbul edir?