Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Prezident: "Avropa Azərbaycan qazına ehtiyac duyur"
"Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib.
Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: "Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur".
Prezident İlham Əliyev bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.


"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dövlət xidmətinin vəzifələri artırıldı - FƏRMAN
- Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı hazırlanacaq
- Qordana Silyanovska-Davkova: "Biz irəliyə doğru addımın atılmasını gözləyirik"
- Şimali Makedoniya prezidenti: "Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır"