Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezident İlham Əliyev Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini AÇIQLADI
"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib".
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "ŞƏT plyus" formatında görüşdə çıxışında deyib.
"Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir", - deyə dövlətimizin başçısı bildirib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Nazir müşaviri: "Uşaq təhsilə altı yaşında başlayırsa, üç il itirilmiş hesab olunur"
- Qaz təchizatı ilə bağlı bir sıra qanun və fərmanlarda dəyişiklik edildi
- Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
- İlham Əliyev və Məsud Pezeşkian Azərbaycan-İran biznes forumunda iştirak ediblər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Pezeşkianın Bakı səfərindən görüntülər paylaşılıb