Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident İlham Əliyev: "Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək"
"Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı, həmçinin bildirib:
"Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "ABŞ ilə güclü tərəfdaşlığımızın yenidən qurulmasına nikbin baxırıq"
- Prezident: "Qarabağda olan münaqişə tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"
- Prezident: "Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik"
- Prezident: "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək təhlükəsizlik mexanizmləri yaratmalıyıq"
- Prezident: "Azərbaycanın gələcəyini öz resursları hesabına qurması baxımından böyük təcrübəsi var"