Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident: "Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün təhlükə yaradır"
"Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik.
"Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir", - deyə Prezident əlavə edib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev: "Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir"
- Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb
- İlham Əliyev: "İkinci Dünya müharibəsi nəticəsində müəyyən edilmiş oyun qaydaları bu gün işləmir"
- Prezident: "Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir"
- Prezident İlham Əliyev: "Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır"