"Prezident Trampın işini mən qiymətləndirməli deyiləm, bunu Amerika xalqı etməlidir".
Oxu.Az Report-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında deyib.
Rusiya prezidenti bildirib ki ki, Tramp ABŞ prezidenti kimi müəyyən uğurlar qazana bilib: "Prezident kimi onun ciddi nailiyyətlərini görürük. Bazarlara baxın, necə yüksəlib?! Bu, investorların ABŞ iqtisadiyyatına etimadını göstərir".
V.Putin Rusiya və ABŞ-ın əlaqələrini normallaşdıracağına və ölkələrin ümumi təhdidləri birlikdə ortadan qaldıracağına ümid etdiyini dilə gətirib.
N.O.