Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qazaxıstan rəsmisi: "AZAL-ın "qara qutu"sunun deşifrəsi "Telegram"da dərc olunandan fərqlənir"
"Qazaxıstan Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin pilotlarının "Telegram" kanallarında yayımlanan danışıqlarını "sızma" kimi qiymətləndirmir, bu informasiya uçuş qeydlərinin deşifrəsi zamanı əldə edilən məlumatlardan fərqlənir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Qazaxıstanın Baş nazirinin müavini, qəzadan sonra yaradılmış hökumət komissiyasına rəhbərlik edən Kanat Bozumbayev mətbuat konfransında çıxışı zamanı deyib.
Qeyd edək ki, daha əvvəl "Baza" "Telegram" kanalı pilotlarla dispetçerlər arasında olduğu iddia edilən söhbətləri dərc edib. Bozumbayev bu paylaşımı gördüyünü qeyd edib.
"Mənə elə gəlir ki, bu (dərc olunan danışıqlar), daha çox yerlə danışıqlar aparan ölkəyə məxsus danışıqlardır. Mən orada ekipaj üzvləri arasında olan danışıqları eşitmədim, "qara qutu"da kapitanın, pilotların, ekipaj üzvlərinin apardıqları bütün danışıqlar var. Orada daha çox məlumat var", - deyə o bildirib.
Bozumbayev vurğulayıb ki, materialların "istintaq qrupundan sızan məlumat" olduğunu hesab etmir.
"Biz bunun "qara qutu"nun deşifrəsindən olan sızma olduğunu hesab etmiriksə, o zaman niyə sızmanın mənbəyini axtarmalıyıq? Kimsə internetdə haradasa nəisə dərc edibsə, o demək deyil ki, bu həqiqətdir. "Qara qutu"ların içindəkilərdən böyük fərq var", - deyə Kanat Bozumbayev əlavə edib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- Avropa "müşahidəçiləri"nin Zəngilan və Laçın istiqamətlərində casusluq fəaliyyətinin görüntüləri
- Mirzoyan: "Bakı və İrəvan sülh müqaviləsinin imzalanma yeri və tarixini hələ razılaşdırmayıblar"