Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qərbi Azərbaycan Xronikası: Nəzərdən qoruyan naxışı necə və haradan asmaq lazımdır?
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Qərbi Azərbaycanda naxış və simvolların motivi türk inancına söykənir" adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru Türkan Abbaslı Qərbi Azərbaycanın mədəni irsindən söz açıb.
O bildirib ki, oradakı artefaktlar onu yaradanların etnik kimliyini sübut edir. Qərbi Azərbaycanda şifahi və tətbiqi sənətdə türk mahiyyəti həmişə qorunub. Türk yaşadığı yerdə izini damğa ilə qoyub.
Onun sözlərinə görə, Qərbi Azərbaycan mədəniyyətinin erməniləşdirilməsi danılmaz faktdır: "Qərbi Azərbaycanda olan mədəni irs erməni mahiyyətindən uzaqdır. Donuz saxlayan erməni xalça toxuya bilməzdi".
T.Abbaslı Qərbi Azərbaycan incəsənətinin türk kimliyindən danışıb, xalçada, üzükdə hansı işarəyə görə onun sahibinin ilahi varlıq tərəfindən qorunmasına aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Ləlvər dağından axan sudan limonad düzəldirdik"
- Xronika: "İranın oyundan çıxması Azərbaycanın Zəngəzur üzərində nəzarətini gücləndirəcək"
- Qərbi Azərbaycan Xronikası: "Türklərin qədim yazıları bilərəkdən dağıdılıb"
- Qərbi Azərbaycan Xronikası: Aşağı və Yuxarı Qaraqala kəndləri niyə ləğv edilib?
- Qərbi Azərbaycan Xronikası: "Aşağı Necili sakinləri daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər"