Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Qərbi Zəngəzurun Azərbaycan torpağı olduğunu sübut edən FAKTLAR](https://images.oxu.az/2025/02/15/c3Yji9Wi8t2G5ZNn32EC0H68R7A79iojscloShYD:1200.webp)
Qərbi Zəngəzurun Azərbaycan torpağı olduğunu sübut edən FAKTLAR
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki buraxılışında Sovet hakimiyyətinin qərarı ilə Ermənistana verilən Qərbi Zəngəzur ərazisindən danışılıb.
Bildirilib ki, Qərbi Zəngəzur Azərbaycanın qədim kökləri olan milli-mədəni irsinin ayrılmaz hissəsidir və coğrafi mövqeyi ilə xüsusi əhəmiyyət daşıyır.
Onun tarixi Azərbaycan xalqının burada qədimdən mövcud olduğunu sübut edən faktlarla doludur. Bu faktlar arxeoloji qazıntılar və tarixi mənbələr hesabına aşkar edilib. Buna baxmayaraq, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi regionun etnik tərkibinin dəyişdirilməsi, azərbaycanlı əhalinin kütləvi şəkildə köçürülməsi ilə nəticələnib.
Qeyd edilib ki, Qərbi Zəngəzurla bağlı məsələlər Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını çətinləşdirən əsas amillərdən biridir. Ermənistan tərəfi bu mövzuya münasibətdə kompromisə getməkdən imtina edir və Azərbaycan xalqının tarixi hüquqlarını qəbul etmir, Zəngəzur dəhlizi məsələsini Ermənistanın suverenliyinə təhdid kimi təqdim edir. Bu mövqe həm regionda gərginliyi davam etdirir, həm də sülhün bərqərar olmasına mane olur.
"Ermənistanın Qərbi Zəngəzurla bağlı mövqeyi tarixi həqiqətləri inkar etmək və bu əraziləri özününkü kimi təqdim etmək siyasətinə əsaslanır. Bu yanaşma isə həm beynəlxalq hüquqa, həm də regiondakı real tarixi faktlara ziddir. Prezident İlham Əliyevin bu məsələdəki qəti mövqeyi və tarixi faktlara əsaslanan çıxışları Ermənistanın manipulyativ siyasətini ifşa etmək və tarixi ədaləti bərpa etmək baxımından mühüm rol oynayır", - deyə verilişdə vurğulanıb.
![](https://img.youtube.com/vi/gLiCA8-xYIo/sddefault.jpg)
"Zəngəzur" teqi üzrə xəbərlər
- Paşinyan: "Rusiya FTX-yə Zəngəzur yoluna monitorinq funksiyası verilə bilər"
- Güney Azərbaycan təşkilatları Zəngəzur yolu ilə bağlı birgə bəyanat yayıblar
- Mehridən Zəngilana: Yüksəkliklər, mövqelər, strateji nöqtələr
- Qərbi Azərbaycan Xronikası: Ağbulaq toponimləri və hidronimləri - türk tarixinin izi
- ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb