İranın Qafan şəhərinə yeni təyin olunmuş baş konsulu Davud Yaiçi Ermənistanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyində olub.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.
O, fəaliyyətə başlamaq üçün icazə sənədini qurumun baş katibi David Karapetyana təqdim edib.
Sənədin təqdim edilməsindən sonra iranlı diplomat nazirliyinin baş katibi ilə müzakirələr aparıb. Görüş zamanı konsul Zəngəzur (Sünik) vilayətinin İran üçün strateji önəmini vurğulayıb.
O, həmçinin sərhədyanı gediş-gəliş prosesinin asanlaşdırılması və sürətləndirilməsi istiqamətində birgə səylərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Öz növbəsində Karapetyan iqtisadi tərəfdaşlığın prioritet olduğunu və bu prosesin inkişafı üçün hər iki dövlətin ortaq fəaliyyətinin vacibliyini qeyd edib.