Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qırğızıstanın keçmiş baş naziri: “Səhiyyə sisteminin bərpası üçün birgə səylər lazımdır”
“Beynəlxalq ictimaiyyət hazırda böhran vəziyyətində olan səhiyyə sisteminin bərpası üçün səylərini səfərbər etməlidir”.
“Report” xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunda keçirilən panel iclasında Qırğızıstanın keçmiş baş naziri Comart Otorbayev deyib.
“Müasir səhiyyə sistemində vəziyyət kövrəkdir. Koronavirus, əlbəttə ki, bütün bəşəriyyət üçün böyük sarsıntıya çevrildi. Virusun yayılması ilə mübarizə üçün görülən tədbirlər ümumilikdə 50 milyard dollara başa gəlib və təxminən 1,8 milyon insanın ölümünə səbəb olub. Ancaq unutmayın ki, vərəm kimi daha ciddi və uzun sürən xəstəliklər var. Bu xəstəlik səbəbindən hər il 1,2 milyon insan ölür”.
O bildirib ki, vərəmlə mübarizə təkcə profilaktika, diaqnostika, müalicə və qulluğa maliyyə ayrılması deyil, həm də xəstəliyin fəsadları barədə məlumatlılığın artırılmasını tələb edir.