"Tədbir ən yüksək səviyyədə keçirilir. Biz artıq dünəndən buradayıq və son 30 il ərzində ilk dəfə olaraq Azərbaycan tərəfi ilə tikinti sahəsində əməkdaşlığı yenidən bərpa etməyə başlamışıq. Bu, bizim üçün də çox böyük bir yenilikdir".
Bunu Oxu.Az-a açıqlamasında WUF13-də iştirak edən Qırğızıstanın tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri Nurdan Oruntayev bildirib.
Nazir Qarabağda aparılan bərpa və yenidənqurma işlərindən də danışıb:
"Bu, artıq beynəlxalq səviyyəli bir prosesdir. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi bərpa işləri üzrə böyük səylər göstərir. Biz bunu kütləvi informasiya vasitələri vasitəsilə də izləyirik.
Eyni zamanda, ötən il Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun tapşırığı ilə azad olunmuş ərazilərdə müasir bir məktəb inşa edilib.
Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, Azərbaycan biznesi tədricən bizim ölkəmizə qədəm qoyur. Buna görə həm investorlara təşəkkürümüzü bildirməli, həm də yeni maraqlı tərəfləri Qırğızıstana sərmayə qoymağa dəvət etməliyik".