Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rəcəb Tayyib Ərdoğan: "Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik"
Rəsmi Ankara Bakı-İrəvan sülh danışıqlarında irəliləyişi alqışlayır və sülh sazişinin tezliklə imzalanacağına ümid edir.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsinin açılış mərasiminin iştirakçılarına müraciətində bildirib.
Müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.
O, həmçinin deyib ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələr güclüdür:
"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri ölkələrarası əməkdaşlığın inkişafına ciddi töhfə verib. Türkmənistanın təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqlinə başlanması zaman məsələsidir".
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Hələb aeroportu fəaliyyətini bərpa edir
- Ərdoğan Trampla danışıb, qlobal məsələlər müzakirə edilib
- Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"
- Tusk Ərdoğandan Ukraynadakı sülh prosesi üçün məsuliyyət götürməyi xahiş edib
- Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışıb