Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rəsmi Bakı Azərbaycan bayrağının Ermənistanda və Fransada yandırılmasını pisləyib
Rəsmi Bakı aprelin 23-də Ermənistanın paytaxtı İrəvanda "məşəl yürüşü", habelə ötən gün Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyir.
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd olunub ki, Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi:
"Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir. Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır".
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Azərbaycan XİN İsrailə başsağlığı verib
- Xarici İşlər Nazirliyində çalışan diplomatların gender bölgüsü açıqlandı
- Ayxan Hacızadə: "Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir"
- Azərbaycan XİN: "PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq"
- Rəsmi Bakıdan Pakistan-Hindistan arasında elan edilmiş atəşkəsə REAKSİYA