Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəsmi Bakı: “Azərbaycan səfirliklərində təhlükəsizlik tədbirləri görülür” - YENİLƏNİB
“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülür”.
Bunu “Report”a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilib-gücləndirilməməsi ilə bağlı sualı şərh edərkən deyib.
10:44
Xarici işlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı açıqlama verib.
XİN-dən Oxu.Az-a bildirilib ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub:
“Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir”.
“Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Allah şəhidimizə rəhmət eləsin!” - deyə qeyd edilib.