Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rəsmi Bakı: "Gürcüstanın Abxaziya bölgəsindəki qondarma seçkini tanımırıq"
Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkisini tanımır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "növbədənkənar prezident seçkisi"ni, həmçinin onun nəticələrini tanımır.
Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır", - sənəddə qeyd olunub.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib
- Azərbaycan XİN başçısı Serbiyaya işgüzar səfərə yola düşüb
- Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub
- Ceyhun Bayramov ATƏT-in baş katibinə Ermənistanla normallaşma prosesi barədə məlumat verib
- Ceyhun Bayramov: "Qəzzada əldə edilmiş atəşkəsin qorunması vacibdir"
Ən çox oxunanlar