Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rövzət Qasımov: "Əksər hallarda şikayətlərin əsassız olduğunu görürük"
"MSK istər sosial şəbəkələrdə, istər namizədlərdən daxil olan müraciətlər, istərsə də qaynar xəttə daxil olan şikayətlər olsun, bunların hər birini araşdırırıq və çalışırıq ki, seçki mərhələsi şəffaf keçsin".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, milyonlarla insanın iştirak etdiyi prosesdə nöqsanların olmadığını desək, bu, bizə 50-60 il əvvəli xatırladar:
"Yəni, çalışırıq ki, bu məqamlara diqqətlə reaksiya verək. Ona görə də MSK-ya daxil olan, hətta daxil olmayan məlumatları diqqətlə təftiş edirik. Əlbəttə ki, əksər hallarda bu şikayətlərin əsassız olduğunu görürük".
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Bələdiyyə seçkisində səsvermənin nəticələri etibarsız olan məntəqələrin SİYAHISI
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb