Rusiyanın Bakıdakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Rusiya səfirliyinin mətbuat katibi Denis Apaşkin deyib.
“Konsulluq şöbəsi əməkdaşlarının Rusiya vətəndaşı Aleksandr Lapşini ziyarət etməsinə icazə verilməsi üçün səfirlik Xarici İşlər Nazirliyinə nota göndərib”, - deyə o, bildirib.
S.B.
www.oxu.az