"Azərbaycan Rusiya ilə münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
O qeyd edib ki, hər iki ölkənin prezidenti strateji kursu müəyyən edir, əsas istiqamətləri təyin edir və bütün sahələr üzrə qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə lazımi təkan verirlər:
"Biz əminik ki, münasibətlərimiz bundan sonra da 2022-ci il bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etibar və müttəfiqlik qarşılıqlı əlaqəsi ruhunda inkişaf edəcək. Bu kontekstdə Azərbaycan və Rusiya prezidentlərinin keçən il oktyabrın 9-da Düşənbədə görüşünün nəticələri xüsusi əhəmiyyət kəsb edib ki, bu görüş ikitərəfli əməkdaşlığın yeni səhifəsini açmış və onun inkişafının gələcək prioritetlərini müəyyənləşdirib".