Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Simonyan 44 günlük müharibədən danışdı: "Cəhənnəmdə idim, dedim, gedib kiminsə ayağına yıxılmalıyam"
"9 noyabr 2020-ci ildə cəhənnəmdə idim. O vaxt Rusiyada idim və deyirdim, gedib kiminsə ayağına yıxılmalıyam ki, müharibə dayansın".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan 2020-ci il noyabrın 8-dən 9-na keçən gecə nə etdiyi ilə bağlı suala cavabında deyib.
"Noyabrın 8-də hoteldə idim və öyrəndim ki, artıq müzakirə olunan mətn var. Daha sonra həmin taleyüklü gecədə telefonumu yandırıb baxdım. Sonra Araratın (o vaxt parlamentin spikeri, indi Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan - red.) öldürüldüyü barədə şayiə eşitdim. Sonra dostlarımdan biri zəng edib dedi ki, hoteldən çıx, bu, təhlükəsiz deyil, dalınca maşın göndərəcəyəm. Lakin mən imtina etdim. Moskvada dostlarım qəfil hücuma məruz qalacağım təqdirdə mənə hər ehtimala qarşı silah verdilər", - deyə Simonyan bildirib.
O, noyabrın 12-də Ermənistana qayıtdığını deyib.
"Biz ölkəni itirə bilərdik, biz cəhənnəmdə idik", - deyə o qeyd edib.
"Alen Simonyan" teqi üzrə xəbərlər
- Simonyan: "Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
- Alen Simonyan Rusiya hərbi bazasının Ermənistandan çıxarılmayacağını açıqlayıb
- Simonyan: "Hakim partiya seçkidə koalisiyanın tərkibində iştirak etməyəcək"
- Zaxarova Simonyanın ittihamlarına cavab verdi
- Ermənistan parlamentinin sədri Koçaryanı Rusiyanın casusu adlandırdı