"Ortaq tariximizdən məlumdur ki, islamın bir elm kimi geniş yayılmasında düşüncəli alimlərimizin xidmətləri ölçüyəgəlməzdir".
Oxu.Az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə deyib:
"Onlar islam sivilizasiyasının formalaşmasına və inkişafına xüsusi töhfələr veriblər. Bununla əlaqədar olaraq bu ilin 9-11 iyul tarixlərində Daşkənd, Səmərqənd və Termez şəhərlərində "İslam Forumu" təşkil olunur. Unikal tariximizin mədəniyyətini özündə cəmləşdirən İslam Sivilizasiyası Mərkəzində Forum çərçivəsində beynəlxalq konfrans da təşkil olunur. Fürsətdən istifadə edərək, sizi bu Forumda iştirak etməyə dəvət edirəm", - deyə özbəkistanlı komitə sədri əlavə edib.