Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ticarət donanması heyətinin maaşlarına aylıq nə qədər əlavə verilə bilər?
"Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği" təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği aşağıdakı kimi olacaq:
Sıra №-si | Vəzifələrin adı | Gəmilərin qrupu üzrə ödənişin məbləği (ABŞ dolları ilə) | ||
1-4 | 5 | 6 və yuxarı | ||
1. | Kapitan | 1980 | 2070 | 2250 |
2. | Baş (böyük) mexanik | 1890 | 1980 | 2160 |
3. | Kapitanın böyük köməkçisi, 2-ci mexanik, böyük (1-ci) elektromexanik, elektromexanik | 1710 | 1800 | 1890 |
4. | Kapitanın 2-ci köməkçisi, kapitanın sərnişin üzrə köməkçisi, radiomütəxəssis, 3-cü mexanik, 2-ci elektromexanik | 1620 | 1710 | 1800 |
5. | Komandir heyətinin başqa üzvləri, bosman, donkerman | 1440 | 1620 | 1710 |
6. | Sıravi heyət (bosman, donkerman istisna olmaqla) | 1350 | 1350 | 1350 |
Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatı faktiki iş günlərinə uyğun müəyyən edilir.
Xəzərdənkənar hövzələrdə üzən ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatının məbləği cədvəldə nəzərdə tutulan məbləğlərə 1,5 əmsal tətbiq olunmaqla hesablanır.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Nazirlər Kabinetinin iki qərarı LƏĞV EDİLDİ
- Dövlət Agentliyinin hərbçilərinin geyim forması ilə təmin edilməsi normaları təsdiqlənib
- Naxçıvanda elektrik enerjisi və su təchizatı ilə bağlı yeni qərar
- Gürcüstan prezidenti Əli Əsədovla görüşüb
- Azərbaycanda örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişib