"ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak edəcək".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü zamanı bildirib.
Tramp qeyd edib ki, bu məsələdə Avropa ölkələri də prosesə qoşulacaqlar:
"Təhlükəsizlik məsələlərində çox böyük dəstək göstərəcəyik. Avropa ölkələri birinci müdafiə xəttidir, çünki onlar həmin bölgədə yerləşirlər. Lakin biz də onlara kömək edəcəyik. Bu proses baş verəndə biz də iştirak edəcəyik", - ABŞ prezidenti vurğulayıb.