Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Oxu.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə M.Çavuşoğlu "Twitter" səhifəsində yazıb.
"Mən Minsk Qrupunun həmsədrləri - Stefan Viskonti, İqor Popov, Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etdim və Türkiyənin Minsk prosesini dəstəklədiyini bildirdim", - deyə Türkiyə XİN başçısı yazıb.
A.S.
www.oxu.az