Müharibədən əziyyət çəkmiş daha 30 ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Oxu.Az xəbər verir ki, proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə icra olunub.
Uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.
Onlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.
Uşaqlar üçün Qəbələ və Şəkidəki istirahət mərkəzlərinə, tarixi-memarlıq abidələrinə ekskursiyalar da təşkil olunacaq.
Xatırladaq ki, bundan əvvəlki 7 qrupla birlikdə ümumilikdə 300-dən çox ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün proqrama qoşulub.
Məhərrəm Əliyev
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya üçün Azərbaycana yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X"də yazıb.
O, dəstəyə görə Azərbaycanın Moldovadakı səfirliyinə təşəkkür edib.
Diplomat bildirib ki, reabilitasiya proqramı çərçivəsində indiyədək 360 uşaq Azərbaycana gətirilməsi üçün proqrama qoşulub.
Qeyd edək ki, iyulun 1-də Ukraynanın Sumı vilayətindən uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana gəlib.
New group of Ukrainian children 🇺🇦departed to Baku today under the children rehabilitation programme offered by Azerbaijan 🇦🇿. Grateful to my colleagues @AzEmbUkraine and @AzembassyM who facilitated smooth departure from Chisinau. So far 360 🇺🇦 children have joined the programme. pic.twitter.com/2r7ZLN21zB
— Seymur Mardaliyev (@SMardaliyev) August 4, 2025