"İnkişaf bankları olmadan dövrümüzün çətinliklərinin öhdəsindən gələ bilmərik".
Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən "Mənzil tikintisinin qlobal maliyyələşdirilməsindən əlçatan yaşayış yerinin təmin edilməsi üzrə yerli təşəbbüslərə: Qlobal inkişafın və submilli maliyyələşmənin imkanlarından istifadə" adlı tədbirdə bildirib.
"Maliyyələşdirmənin, xüsusilə BMT-nin humanitar sektoruna maliyyələşmənin azaldılmasından sonra aydın oldu ki, inkişaf istiqaməti nə qədər vacibdir və beynəlxalq ictimaiyyət ümumilikdə humanitar yardımdan davamlı inkişafa keçiddə necə kifayət qədər uğurlu olmayıb.
Mənim üçün bu, bir növ həyəcan siqnalına çevrildi. Mən başa düşdüm ki, əgər biz BMT olaraq, "UN-Habitat" olaraq inkişaf sahəsində öz iştirakımızı genişləndirmək istəyiriksə, insanları sadəcə qida məhsulları ilə təmin etmək və həyatlarını xilas etmək yetərli deyil.
Əlbəttə ki, bu, təməldir. Amma biz bundan daha irəli getməsək, cəmiyyətlər həqiqətən inkişaf edə bilməyəcəklər. Biz davamlı inkişaf məqsədləri, iqlim gündəliyi və yeni şəhər gündəmi kimi əsas çətinliklərin və qlobal gündəmlərin öhdəsindən gələ bilməyəcəyik.
Məhz buna görə də inkişaf istiqamətləri, zənnimcə, əsas hesab edilir və daha strateji, daha səmərəli olmalıdır. Lakin bunu inkişaf bankları olmadan etmək mümkün deyil", - deyə o əlavə edib.