Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xəzər dənizi məsələləri üzrə Yüksəksəviyyəli İşçi Qrupun iclası keçirilib
22-23 oktyabr 2024-cü il tarixində Astana şəhərində Xəzər Dənizi Məsələləri üzrə Yüksəksəviyyəli İşçi Qrupunun doqquzuncu iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, danışıqlarda Azərbaycan (rəhbər - S.Şərifov), İran (rəhbər - Ə.Cahangiri), Qazaxıstan (rəhbər - Z.Amanjolova), Rusiya (rəhbər - M.Petrakov) və Türkmənistanın (rəhbər - M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.
İclasa Qazaxıstan nümayəndə heyətinin rəhbəri Z.Amanjolova sədrlik edib. Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.
İclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını həyata keçiriblər, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Türkmənistanda növbəti görüşünə hazırlıq məsələlərini, habelə beştərəfli sənəd layihələri üzrə danışıqlar prosesinin gedişatını müzakirə ediblər.
Qrupun növbəti iclası diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə Türkmənistanda keçiriləcək.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Azərbaycanla Serbiya arasında mövcud strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
- Azərbaycan "İslam səkkizliyi" təşkilatına üzv seçildi
- Ayxan Hacızadə: "ABŞ-nin Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir"
- Ayxan Hacızadə: "Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir"