Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun səkkizinci iclası baş tutub
24-26 iyun 2024-cü il tarixlərində Tehran şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) səkkizinci iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri - S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri - A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri - M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri - M.Atacanov) nümayəndə heyətləri iştirak edib.
İclasa İran nümayəndə heyətinin rəhbəri A.Cahangiri sədrlik edib. İclas zamanı tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.
İclasda həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub. Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə İran İslam Respublikasına öz minnətdarlıqlarını bildiriblər. YSİQ-in növbəti iclası Qazaxıstan Respublikasında, diplomatik kanallarla razılaşdırılacaq tarixlərdə keçiriləcək.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Ayxan Hacızadə: "Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir"
- Azərbaycan XİN: "PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq"
- Rəsmi Bakıdan Pakistan-Hindistan arasında elan edilmiş atəşkəsə REAKSİYA
- Rəsmi Bakı Pakistana qarşı hərbi hücumları pislədi - BƏYANAT
- Səid Xətibzadə: "Azərbaycanın İrandakı səfirliyinə hücum kədərli hadisə idi"