Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
XİN: 16 dövlət Xocalı soyqırımına dair qətnamə qəbul edib
“Xocalı soyqırımı Azərbaycanın müstəqillik istiqamətində atdığı ilk addımları zamanı baş verib. Qəddarlığına, xarakterinə və miqyasına görə XX əsrin ən böyük soyqırımı cinayətidir”.
APA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, bunu məhz soyqırımı cinayəti kimi Azərbaycan səciyyələndirib, bu gün də müvafiq addımlar atır:
“Biz bu cinayəti törədən ölkələrin məsuliyyətə cəlb olunmasına hələ nail ola bilməmişik. Bu günə qədər 16 dövlət tərəfindən Xocalı qətliamının soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edilib. Bu ölkələr Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala, Latviyadır. Həmçinin ABŞ-nin 24 ştatı da Xocalı soyqırımını tanıyıb”.