Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Məhz bu səbəbdən KTMT XİN Şurası çərçivəsində Sergey Lavrov ikitərəfli görüşlər keçirir, məhz buna görə biz bu nizamlanmanın uğurla başa çatması üçün böyük səylər göstəririk”, - o, sözlərinə əlavə edib və qeyd edib ki, söhbət Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçi rolundan gedir.