Antalyada azərbaycanlı oliqarx Telman İsmayılova məxsus “Mardan Palace” hoteli sayılı günlər ərzində rusiyalı turistlər bütün nömrələri iki aylıq bron ediblər.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, “Mardan Palace”in meneceri Çetin Pehlivan bəyan edib ki, qarşılaşdıqları böhran vəziyyətində onların bütün ümidləri Rusiya müştərilərinədir. Və gözlədikləri oldu: hesablamalara görə, məsrəflər qarşılanacaq və hotel yenidən gəlir gətirməyə başlayacaq.
“Rusiyalı turistlər üçün artıq xüsusi təkliflər hazırlanmışdı və bu işə yaradı. “Booking” sistemi üzrə nömrələr məhz rusiyalı turistlər tərəfindən bron edilib. Yaxın günlərdə Rusiyadan ilk çarter gözlənilir”, - o deyib.
Türkiyə bu günlərdə Rusiya turizm agentliklərinin dövriyyəsinin 35%-ni tutub. “Onlayn tur” şirkətinin nümayəndəsi İqor Blinovun sözlərinə görə, əgər cümə günü Türkiyənin satışların ümumi strukturunda payı 6,7% idisə, şənbə günü bu göstərici 38,8%, bazar günü isə 35,6% oldu.
Əlverişli şərtlər altında avqustda Türkiyəyə istirahətə yüz minlərlə rusiyalı turist yola düşə bilər, amma onların sayı keçən ilkindən az olacaq, bu proqnozu RNS-ə Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorn verib.
“Həmin 700-800 min adam göstəricisinə biz artıq gələn yay mövsümü qayıda bilərik. Bu il avqustda isə söhbət yüz minlərlə turistdən gedə bilər, amma əvvəlki göstəricilərdən fərqlənəcək”, - Qorn qeyd edib.