Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zeynəb Xanalarova çıxış edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, spiker Oqtay Əsədovun beynəlxalq təşkilatlarla bağlı çıxışından sonra söz alaraq bunları deyib.
“Sizin bir sözünüz oldu, xoşuma gəldi, danışmaq qərarına gəldim. Başqa ölkələrdə nə baş verirsə, burda başlayırlar müzakirə etməyə. Bizim nəyimizə lazımdır? Bizim xalqımız Qarabağda qırılıb ondan danışaq. Hər iclasda Qarabağdan danışmaq lazımdır. Parlamentdə qarabağlılar var. Amma onlar heç danışmırlar. Qarabağdan danışanlar başqa yerlərdən olanlardır”.