Oktyabrın 28-də Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “2+1” Eksperimental teatr festivalı başlayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, festival çərçivəsində yazıçı-dramaturq Elçin Hüseynbəylinin 60 dəqiqəlik xronometrajlı “İki nəfər üçün oyun” tamaşası göstərilib.
Tamaşanın quruluşçu rejissoru Rəşad Nuridir. Baş rollarda Könül Şahbazova və Niyaz Qasımov iştirak ediblər.
Bakı Uşaq Teatrı tərəfindən təqdim edilən səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.