16 
Okt
2017
14:49
77
19
2096
Virtual karabakh

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verildi – FOTO

16 Okt, 2017
14:49
2096

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verildi – FOTO

Oktyabrın 16-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov mərkəzin yeni binasının açılışı münasibətilə kollektivi təbrik edib. Nazir bildirib ki, təxminən 3 hektara yaxın ərazidə belə bir müasir mərkəzin yaradılması və istifadəyə verilməsi dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarının və ölkəmizin regional inkişaf layihələrinin daha bir göstəricidir. Peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu qeyd edən nazir mərkəzdə turizm, hotelçilik, kənd təsərrüfatı  və digər mühüm ixtisaslar üzrə kadr hazırlığının aparılacağını bildirib.

Ölkə prezidentinin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin peşə təhsilində həyata keçiriləcək layihələr baxımından mühüm sənəd olduğunu bildirən nazir ölkəmizdə əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib. Təhsil naziri burada yaradılan şəraitin təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını, yaxın gələcəkdə belə müəssisələrin digər bölgələrdə də istifadəyə veriləcəyini bildirib.

Qeyd edək ki, mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması mümkündür. Təhsil müəssisəsində regionun xüsusiyyətləri nəzərə alınmaqla, aqrar və turizm sektoruna aid ixtisasların hazırlanmasına böyük əhəmiyyət verilir. Hazırda mərkəzdə 19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 457 şagird peşə öyrənir. Ümumilikdə 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri