26 
Okt
2017
10:35
27
94
2418
Virtual karabakh

"İnteraz" TV-də ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkarlandı

26 Okt, 2017
10:35
2418

"İnteraz" TV-də ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Aparılmış monitorinqlər zamanı "İnteraz" Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunub və bu barədə həmin televiziyaya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyi bildirilib".

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevin açıqlamasında deyilir.

O, Milli Məclisin deputatı Fazil Mustafanın "İnteraz" Televiziyası ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərək qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kütləvi informasiya vasitələrinin, o cümlədən ölkə ərazisində yayımlanan televiziyaların mütəmadi monitorinqini aparır: "Monitorinqlərin nəticələri təhlil olunur və ona uyğun tədbirlər görülür. Bu kimi məsələləri Dövlət Komitəsi həmişə diqqət mərkəzində saxlayır, hüquq və səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görür". 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri