Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

AQTA zərərli iddia olunan portağallarla bağlı məsələyə aydınlıq gətirdi
"Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"Bəzi media səhifələrində portağal məhsulunun üz qabığının parlaq olması və qırmızımtıl iz buraxması barədə məlumatlar dərc olunub. Bütöv halda olan meyvə və tərəvəzlərin zərərli orqanizmlərdən qorunması və əmtəə görünüşünün yaxşılaşdırılması məqsədilə qanunvericiliklə təsbit olunmuş bir sıra qida əlavələrindən (rəngləndirici) istifadə edilir.
Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır.
Bu qida əlavələri yalnız istifadə şərtlərinə uyğun tətbiq edildikdə, heç bir zərərə səbəb olmur. FAO və ÜST-ün "Qida əlavələri üzrə ekspert Komitəsi" tərəfindən uzun illər davam edən risk təhlilləri nəticəsində təsdiq olunmuş bu qida əlavələri yalnız müəyyən edilmiş hədd çərçivəsində istifadə oluna bilər.
Ölkəmizdə bu istiqamətdə müvafiq nəzarət və tənzimləmə tədbirləri AQTA tərəfindən davamlı olaraq həyata keçirilir" , - məlumatda bildirilir.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- "İlğım" əmtəə nişanlı saxta "Himalay duzu" satışdan geri çağırılıb
- AQTA-dan quş qripi ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycanda quş qripi ilə bağlı son vəziyyət AÇIQLANDI
- Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
- Şamaxıda 9 yaşlı məktəblinin faciəli ölümü ilə bağlı DETALLAR - Hadisə yerindən görüntülər
Rəylər