İçərişəhərdə Kiçik Qala küçəsində olan restoranların fəaliyyəti müvəqqəti dayandırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildiriblər.
Qeyd olunub ki, hazırda İçərişəhərdə bir sıra yenidənqurma işləri gedir:
“İçərişəhər bütövlükdə mədəni tarixi abidə olduğuna görə, orada bərpa-yenidənqurma işləri aparılır. Bu işlərlə əlaqədar Qoşa Qala Qapısının yaxınlığında yerləşən restoranların fəaliyyəti dayandırılıb. Yenidənqurma işləri bitdikdən sonra həmin obyektlər yenidən fəaliyyətə başlayacaq”.
İdarədən onu da bildiriblər ki, həmin restoranlar İçərişəhərə məxsus deyil, şəxsi obyektlər kimi fəaliyyət göstərir.
14:41
Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan “Təndir” sökülür.
Oxu.Az xəbər verir ki, milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb.
“İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə restoran sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq.
Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.
Ə.Ş.
www.oxu.az