22 
Noy
2018
10:02
361
49
29985
Virtual karabakh

Bakının yeni icra başçısı məmuru cəzalandırdı

22 Noy, 2018
10:02
29985

Bakının yeni icra başçısı məmuru cəzalandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məmuru cəzalandırıb.

Oxu.Az-ın məlumatına görə, BŞİH əməkdaşlarının paytaxtda yaşıllıqların vəziyyətinin yoxlanılması ilə bağlı keçirdikləri baxışlar zamanı bir sıra nöqsanlar, o cümlədən parklarda yaşıllıqlara zəif qulluq göstərilməsi aşkar olunub.

Bununla əlaqədar dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işində yol verdiyi ciddi nöqsanlara görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova son xəbərdarlıqla şiddətli töhmət verilib. 

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov faktı Oxu.Az-a təsdiq edib.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri