Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda gənclərin təhlükə xəbərdarlığı sürücülərə kömək oldu - FOTO
Bakıda iki oğlanın hərəkəti sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, paytaxt sakinləri Günəşlidən “Xalqlar dostluğu” metrostansiyası istiqamətində avtomobil hərəkəti üçün istifadə edilən yolun çökdüyünü görüblər.
Maraqlıdır ki, bu ərazidə təhlükə ilə bağlı xəbərdarlıq edən heç bir yol nişanı olmayıb.
Gənclər Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, vəziyyətlə bağlı polisi məlumatlandırıblar.
Bundan sonra isə onlar mobil telefonun kamerası ilə yolu lentə alıb və sosial şəbəkədə paylaşaraq, sürücüləri xəbərdar ediblər.
Ə.Ş.
www.oxu.az
Oxu.Az yeniləndi!
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
Ən çox oxunanlar
Rəylər