Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zahid Oruc: Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməlidir
Millət vəkili Zahid Oruc Mənzil Məcəlləsinin tamamilə yenilənməsinin, dəyişdirilməsinin tərəfdadır.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı təklifini parlamentin plenar iclasında dilə gətirən millət vəkili bildirib ki, xüsusilə Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməli, asanlaşdırılmalıdır:
“Biz artıq Sovet dövründə yaşamırıq. O zamanlar xüsusilə Bakı şəhərində qeydiyyat məsələsi çox ağır idi. Ona görə indi bu məsələdə yüngülləşdirici addımlar atılmalıdır. Konkret olaraq, qanunvericiliyə, Mənzil Məcəlləsinə ciddi yeniliklər, dəyişikliklər edilməlidir. Məsələn, qeydiyyat məsələsi vətəndaşın yaşayış yeri üzrə aparılmalıdır.
Yəni onun yaşadığı mənzili dərhal onun adına sənədləşdirməmək də olar. Əsas odur ki, qeydiyyat proseduru sadələşdirilsin, sonra digər addımlar atılsın. Həmçinin yeni tikilən binlarda idman zalları açılır. Kimlərsə əzəl yığacaq deyə, orada yeni mənzillərdə yaşayanların bu gedişlə əzələlələri “sıradan” çıxacaq”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər