21 
Dek
2018
11:42
207
49
4147
Virtual karabakh

Təhsil naziri: Bakıda 800 yerlik tələbə yataqxanası istismara hazırdır

21 Dek, 2018
11:42
4147

Təhsil naziri: Bakıda 800 yerlik tələbə yataqxanası istismara hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşası başa çatdırılıb və istismara hazırdır

Oxu.Az-ın məlumatına görə,  bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbələrinin II Qurultayında çıxışı zamanı deyib.

“Paytaxtda və regionlarda yeni yataqxana kompleksləri inşa olunacaq. Sumqayıt və Gəncə şəhərlərində mövcud tələbə yataqxana binaları əsaslı təmir olunur və yenidən qurulur”, - deyə o bildirib.

Ceyhun Bayramov qeyd edib ki, bu da tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri