21 
Yan
2019
10:07
45
86
14530
Virtual karabakh

İki gün keçirilməyən dərslər necə tənzimlənəcək? - AÇIQLAMA

21 Yan, 2019
10:07
14530

İki gün keçirilməyən dərslər necə tənzimlənəcək? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava ilə əlaqədar olaraq məktəblərdə dərs proqramları növbəti həftələrdə kompensasiya ediləcək.

Bu sözləri Oxu.Az-a təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, paytaxtda kəskin hava dəyişikliyi ilə bağlı iki gün təhsil müəssisələrinin fəaliyyəti dayandırılmışdı:

“Şagird və tələbələrin iki gün proqramdan geri qalmaları nəzərə alınacaq. Bu, dövlət tərəfindən verilən sərəncam olduğu üçün bütün qurumlar müvafiq təlimatlara uyğun addım atıblar. Keçirilməyən dərslər gələn həftənin dərs cədvəlinə əlavə edilərək kompensasiya ediləcək. İki gün tədris prosesinin dayanması şagirdlərin qış tətili üçün hesablanan günlərinə heç bir təsir göstərməyəcək”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri