13 mart 2019-cu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Təhsil Naziri Ceyhun Bayramov Real TV-yə müsahibəsində deyib.
O bildirib ki, elektron qaydada qəbul sisteminin aktivləşməsi valideynlərin işini asanlaşdıracaq:
“13 mart 2019-cu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılacaq. Artıq hər bir valideyn elektron sistemdə şəxsi kabinetə daxil olaraq, müəyyən prioritet məsələləri gözləmək şərti ilə öz övladının məktəbini, müəllimini və sinifi seçərək qeydiyyat apara biləcək”.
Könül Cəfərli
Rəylər