2019-cu ildə ixtisaslar üzrə keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək.
Oxu.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, I ixtisas qrupu üzrə 1 nəfər 690-700 arası bal toplayıb. 14 nəfər 680-690 arası bal, 29 nəfər 670-680 arası bal, 46 nəfər 660-670 arası bal, 53 nəfər 650-600 arası bal toplayıb.
Ümumilikdə, I ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 143 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1866 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 3939 nəfərdir. Yəni 2018-ci illə müqayisədə bu il imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayı azdır.
Ekspert bildirib ki, üç nəfər IV ixtisas qrupu üzrə 690-700 arası bal toplayıb. 111 nəfər 680-690 arası bal, 22 nəfər 670-680 arası bal, 26 nəfər 660-670 arası bal, 39 nəfər isə 650-600 arası bal toplayıb.
Ümumilikdə isə IV ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 101 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 378 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1083 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 1831 nəfərdir. Bu da 2018-ci illə müqayisədə imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayının az olduğunu göstərir.
Rəylər