Qax sakini həyətində bölgəyə xas olmayan subtropik meyvələr yetişdirir.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qorağan kənd sakini, bağban Süleyman Süleymanov cənub bölgəsindən gətirdiyi subtropik meyvələrin tinglərini və toxumlarını həyətində əkib.
Naringi, portağal və limondan məhsul götürən bağban, gələcəkdə ananas və banan da yetişdirəcəyini bildirib.
S.Süleymanov artıq əkdiyi məhsullardan gəlir də əldə edir.
Təbiətlə işləməkdən zövq alan bağban həyətinin bir hissəsini güllük əraziyə çevirib. Onun həyətində 30 növdən çox dekorativ gül sortu var.
S.Süleymanov gələcəkdə bu sahəni daha da inkişaf etdirməyi planlaşdırır.
Qax sakini "subtropik möcüzə" yaradır: ananas, banan da yetişdirəcək - VİDEO