Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu meyvə də Azərbaycanda yetişdirildi
Azərbaycanda daha bir yeni tropik-subtropik meyvə yetişdirilib.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, vətəni Cənubi Amerika olan quayava Lənkəranda yetişdirilib.
Qırmızı və sarımtıl quayava bitkiləri üzərində aparılan təcrübələrə professor Fərman Quliyev 20 ilə yaxın vaxt və əmək sərf edib.
Nəticə isə ürəkaçan olub. Çox tez bir vaxtda - əkildiyi üçüncü ildən - məhsul verən quayava ağacı may ayında çiçəkləyir və meyvələr mərhələlərlə yetişərək sentyabr-noyabr aylarında yığılır. Bir ağac yaşından və boyundan aslı olaraq 50 -100 kq məhsul verir.
Feyxoa ilə bir nəsildən olan quayava bitkisi həm toxumla, həm də vegetativ üsulla artırılır. Feyxoadakı kimi toxum üsulu ilə artıranda az məhsul verir, amma çiling üsulundan istifadə etdikdə məhsuldarlıq çox olur.
Xəstəliklərə qarşı dözümlü olan quayavaya böyük maraq və tələbat nəzərə alınaraq artıq elmi mərkəz tərəfindən tinglik təsərrüfatının yaradılmasına başlanılıb. Gözəl görünüşə, xoş ətrə və turşaşirin dada malik meyvənin yüksək qidalılıq və müalicəvi əhəmiyyəti var. Digər sitrus meyvələrinə nisbətən, C vitaminin miqdarı quayavanın tərkibində 4-5 dəfə çoxdur. Quayavadan mürəbbə, kompot və şirələr hazırlanır, kosmetologiya və ətriyyat sənayesində istifadə olunur.
"Lənkəran" teqi üzrə xəbərlər
- Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Lənkəranda "QAZel" qadını VURDU
- Təcili yardım avtomobilinin qəzaya uğraması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
- Lənkəranda zəncirvari qəzada altı maşın əzilib
Rəylər