Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qaxda məcburi köçkünlər yolsuz qalıb: Evə getmək üçün çaydan keçirlər - VİDEO
Qax rayonunda məcburi köçkünlər yolsuzluqdan əziyyət çəkir.
Oxu.Az xəbər verir ki, rayonun Əmircan kəndində, köhnə ferma ərazisində məskunlaşan beş məcburi köçkün ailəsi illərdir yaşadıqları evə getmək üçün çaydan keçmək məcburiyyətində qalırlar.
Məcburi köçkün Rauf Ağalarov bildirir ki, 90-cı illərdən Əmircan kəndində yaşayır. Əvvəllər onların yaşadıqları əraziyə gedən yoldan axan çay üzərində körpü olub. Daha sonra, körpü dağılıb və bu günə kimi hərəkət yalnız çaydan keçməklə mümkün olur. O bildirir ki, problem əsasən payız və qışda yaşanır. Çaya bol su gəldikdə sakinlərin kəndlə əlaqəsi demək olar, kəsilir.
Ailələr dəfələrlə adiyyatı qrumlara müraciət etsələr də, onların problemi həll edilməyib.