16 
Dek
2019
12:28
13
142
1521
Virtual karabakh

Ermənistan məbədləri təmir etmək imitasiyası ilə çirkin əməllərini gizlədir - AÇIQLAMA

16 Dek, 2019
12:28
1521

Ermənistan məbədləri təmir etmək imitasiyası ilə çirkin əməllərini gizlədir - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam və digər dinlərə aid onlarla dini məbədlər dağıdılıb. 

Oxu.Az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib. 

S.Heydərov bildirib ki, ermənilərin bu məbədlərdə heyvanlar saxlaması barədə də məlumatlar verilib:

“Əlbəttə, Ermənistan tərəfi bunu gizlətməyə çalışır, arabir bəzi məbədləri təmir etmək imitasiyası ilə çirkin əməllərini gizlədir. Ancaq bu barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib.

Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar var və bu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri